Azərbaycanda 35 yaşlı kişi iki rayonu işıqsız qoydu

Azərbaycanda 35 yaşlı kişi iki rayonu işıqsız qoydu

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

AzerTimes Bizim.media-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən “Quba-1” xəttində enerji təminatı dayandırılıb.

Polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Teqlər: