Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 220 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 768, bu günə qədər isə ümumilikdə 2 214 194 test icra olunub.
www.yenicag.az