Xəbər - Sədrəddin Ağcayev – Trend:
Avqustun sonunadək Azərbaycanda 300 yeni “MilliÖn” ödəniş terminalı quraşdırılacaq.
Bunu Trend-ə “MilliÖn”ün abunə şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, bugünədək işlərin 70 faizi başa çatıb, 30 faizi isə bu ayın sonunadək başa çatdırılacaq. Yeni terminallar iri super və hipermarketlərdə, eləcə də bütün ticarət komplekslərində quraşdırılır:
“MilliÖn” şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri təqdim etməkdir. Azad edilmiş ərazilərdə də “MilliÖn” terminallarının quraşdırılmasına hazırlıq gedir. Bundan başqa, Azərbaycanın bütün region və şəhərlərində ödəniş terminallarının sayının artırılması üzrə layihə reallaşdırılır”.
Qeyd edək ki, “MilliÖn” şəbəkəsində 150-dən çox şirkət 500-dən çox xidmət təqdim edir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)