Azərbaycanda 3 kişi eyni evdə dəm qazından ölüb

Abşeron rayonunda 3 kişi eyni evdə dəm qazından boğularaq ölüb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, yanvarın 6-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Ölən şəxslərin həmin evdə kirayədə yaşadıqları bildirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: