Azərbaycanda 28 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
28 yeni yoluxma faktı qeydə alınıb 41 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 216 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 293
nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə
sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 3 826, hazırkı dövrədək isə 6 739 008
test aparılıb.

Teqlər: