Azərbaycanda 28 min manat bonus alan həkim var

Azərbaycanda 28 min manat bonus alan həkim var

Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8000 manat bonus alan həkim-travmatoloq, 7500 manat bonus alan həkim-ümumi cərrah və 2000 manat bonus alan həkim-kardioloq var.

AzerTimes xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər.

“Yaxın zamanlarda Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək. Əlavə olaraq bildirək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqı orta hesabla 3 dəfə artıb. 2019-cu il ilə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub”.

Teqlər: