Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib, aktiv xəstə sayı 2 881 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 794, ötən müddət ərzində isə ümumilikdə 3 567 745 test aparılıb.