Azərbaycanda 26 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni
yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat
edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 391 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 572 nəfər müalicə olunaraq
sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 113 nəfərdir.

Ölkədə son sutka ərzində 4 553, hazırkı dövrədək isə 6 776 404
test aparılıb.

Teqlər: