Xəbər - Ləman Zeynalova – Trend:
Bu ay Səudiyyə Ərəbistanından nümayəndə heyətinin 240 meqavatt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasmində iştirak üçün Azərbaycana səfəri gözlənilir.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Asharq Al-Awsat” nəşrinə müsahibəsində deyib.
“Biz Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı saziş imzalamışıq. Elektrik stansiyasının böyük gücü təkcə Azərbaycanda deyil, həm də regionun bütün ölkələrində bərpa olunan enerji mənbələrinin inkişafı üçün vacibdir. Bu ay Səudiyyə Ərəbistanından nümayəndə heyətinin külək elektrik stanasiyasının təməlqoyma mərasmində iştirak üçün Azərbaycana səfəri gözlənilir. Yaxın zamanlarda nümayəndə heyəti üzvləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyə ümid edirik”.
Xatırladaq ki, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən ilin 29 dekabr tarixində imzalanıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)