Azərbaycanda 22 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 188 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 252
nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə
sayı 233 nəfərdir.

Ölkədə son sutka ərzində 3 867, hazırkı dövrədək isə 6 735 182
test aparılıb.

Teqlər: