Azərbaycanda 2162 nəfər COVID-19-dan sağalıb, 1196 nəfər yoluxub, 27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25 132 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, ötən müddət ərzində isə ümumilikdə 3 241 186 test aparılıb.
Teqlər: