Xəbər - Xaqan İsayev – Trend:
Biz Azərbaycanda ümumi enerji istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 2025-ci ildə 17 faizdən 24 faizədək, 2030-cu ildə 30 faizədək artırmağı hədəfləyirik.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
“Bunun üçün alternativ enerji mənbələri sahəsində 1 500 meqavatt istehsal gücünün istifadəyə verilməsi və artıq istismarda olan mövcud pilot layihələr çərçivəsində 479 meqavatt gücün əlavə olunması planlaşdırılır”, – deyə nazir bildirib.
O əlavə edib ki, gələn il bərpa olunan enerji mənbələri layihələrinin hərraca çıxarılması və Xəzərin külək enerjisinin istifadə olunması investorlarla birgə “yaşıl gələcək” qurmağa imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)