Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial sahəyə 3.565 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial müdafiəyə 310.043 milyon manat, sosial təminata 5.243 milyon, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə isə 3.250 milyard manatın ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.