Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının 200 manat olması nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsi Milli Məclisə daxil olub və növbəti plenar iclaslarda müzakirəyə çıxarılıb. Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.