Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla 605 min barel/sutka səviyyəsində proqnozlaşdırılır, 2023-cü ildə isə bu göstərici 570 min barel/sutkayadək azalacaq.
Trend bu barədə ABŞ-ın “JP Morgan” bankının hesabatına istinadən məlumat verir.
2022-ci ildə rüblük hasilat hər rübdə 605 min barel/sutka həcmində proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2023-cü ildə Azərbaycan neft hasilatı birinci rübdə 601 min barel/sutka, ikinci rübdə 579 min barel/sutka, üçüncü rübdə 559 min barel/sutka, dördüncü rübdə isə 541 min barel/sutka təşkil edəcək.
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə hasilat sutkada 593 min barel, ikinci rübdə 598 min barel, üçüncü rübdə 596 min barel təşkil edib. Bu göstəricinin dördüncü rübdə 600 min barelədək yüksələcəyi proqnozlaşdırılır.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)