Azərbaycanda 2021-ci ildə istehsal edilən balın həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 2021-ci ildə istehsal edilən balın həcmi
açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ildə 33332
təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal,
172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı
südü əldə olunub.

“Azərbaycan Respublikasında arıçılığın inkişafının
stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən
arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər
arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu
da arıçılığın inkişafını stimullaşdırmış, kənd yerlərində kiçik
sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait
yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını
genişləndirib.


Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin
sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə,
“Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul
edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı
ailələrinin sayı 4,4 dəfə artmış, arıçılıqla məşğul olan
təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı
isə 11,1-dən 18,8-dək yüksəlib.

Teqlər: