Azərbaycanda 201 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Teqlər: