Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 632 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 864 nəfər müalicə olunaraq
sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.
Ölkədə son sutka ərzində 1 752, hazırkı dövrədək isə 6 836 568
test aparılıb.