Azərbaycanda 2 993 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 368 002 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 376, ötən müddət ərzində isə ümumilikdə 4 210 440 test aparılıb.

Teqlər: