Azərbaycanda 2 651 nəfər COVID-19-dan sağalıb, 17 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 356 yeni yoluxma faktı qeydə alınıb, 2 651 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.


Teqlər: