Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.