Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 144 yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 300 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, aktiv xəstə sayı 33 123 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 184, ötən müddət ərzində isə ümumilikdə 3 108 924 test aparılıb.