Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə ümumilikdə 3 289 864 test aparılıb.

Teqlər: