Azərbaycanda 199 nəfər COVID-19-a yoluxub, 74 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.


Teqlər: