Azərbaycanda 19 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni
yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq
sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.

Ölkədə son sutka ərzində 3 403, hazırkı dövrədək isə 6 792 132
test aparılıb.

Teqlər: