Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün Azərbaycanda 17 hotelə ilk milli və beynəlxalq sertifikat təqdim ediləcək.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasınsa Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.
O bildirib ki, ulduz sertifikatı almaq məcburi xarakter daşımır: “Ümumilikdə, 43 otel ulduz almaq üçün müraciət edib. Onlardan yalnız 17-sinə sertifikat veriləcək. Digərlərində isə müəyyən nöqsanlar aşkar edilib. Həmin məsələlər aradan qaldırıldıqdan sonra onlara da ulduz verilməsi məsələsinə baxılacaq. Ulduz alan otellərdə 3-ü 4 ulduzlu, qalanları isə 5 ulduzludur. Digər ulduzlar üçün isə müraciət olunmayıb”.