Azərbaycanda 16 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
16 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 766 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 788 nəfər müalicə olunaraq
sağalıb, 9 684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.

Ölkədə son sutka ərzində 2 285, hazırkı dövrədək isə 6 687 581
test aparılıb.

Teqlər: