Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, son sutka ərzində ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 144, ötən müddət ərzində isə ümumilikdə 3 852 280 test aparılıb.