Azərbaycanda 151 qadın dövlət tərəfindən qorunur

Azərbaycanda 151 qadın dövlət tərəfindən qorunur

Ötən il Azərbaycanda 158 şəxsə mühafizə orderi verilib.

AzerTimes xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadın, 7-si kişilər barədə verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

Teqlər: