Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq
sağalıb, 9531 nəfər vəfat edib, aktiv xəstə sayı 4244 nəfərdir.
Ölkədə son sutka ərzində 3512, hazırkı dövrədək isə 6 603 318
test aparılıb.