Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.