Azərbaycanda 147 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, ötən müddət ərzində isə ümumilikdə 2 543 880 test aparılıb.
Teqlər: