Azərbaycanda 14 federasiyanın fəaliyyəti dayandırılıb

Azərbaycanda 14 federasiyanın fəaliyyəti dayandırılıb. Martın
30-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası
keçirilib. İclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş
bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, iclasda həmçinin ölkə
ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması,
ictimai birliklərə respublika idman federasiyası statusunun
verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük
Federasiyası” İB, “Azərbaycan Velosiped İdmanı Federasiyası” İB,
“Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan
Respublikası Həndbol Federasiyası” İB, “Azərbaycan Boks
Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası” İB
akkreditasiyaları təsdiqlənib.

Bundan başqa, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası”
İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo
Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları
Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri
Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq
Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB,
“Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram
Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido
Federasiyası” İB və “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm
Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri
Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman
Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin
federasiya statusları dayandırılıb.

Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət
göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı
ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə
çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb.
Federasiyaların statusuna baxılması prosesi davam edir.

Teqlər: