Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni
yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 630 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 862
nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə
sayı 59 nəfərdir.
Ölkədə son sutka ərzində 2 493, hazırkı dövrədək isə 6 834 816
test aparılıb.