Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 116 yeni
yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat
edib.
İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771
nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə
sayı 982 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqəda 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084
test aparılıb.