Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 746 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 987
nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə
sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 2 163, hazırkı dövrədək isə 6 885 286
test aparılıb.