Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 599 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 839
nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə
sayı 51 nəfərdir.
Ölkədə son sutka ərzində 3 903, hazırkı dövrədək isə 6 826 926
test aparılıb.