Azərbaycanda 1 milyondan çox, yaxud 39 faiz ev təsərrüfatı genişzolaqlı internetlə təmin olunub.
AzerTimes xəbər verir ki, bunu “Aztelekom” MMC-nin baş direktoru Elçin Niyazov “GSMA Mobile 360 Eurasia 2023” mövzusunda tədbirdə deyib.
“Genişzolaqlı şəbəkə ilə məlumat ötürmə göstəricisinin sürətini 2024-cü ilin sonunadək 25 Mbit/san-dək çatdırmağı hədəfləyirik. “Onlayn Azərbaycan” proqramı qəbul edilənədək genişzolaqlı internetlə əhatə olunma göstəricisi 10 faizdən az idi, orta sürət isə qənaətbəxş deyildi”, – o deyib.
E.Niyazov internetlə əhatə olunan ev təsərrüfatlarının sayının hər ay artdığını bildirib.