Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
1 979 yeni yoluxma faktı qeydə alınıb, 7 198 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27
nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 779 783 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 749 524
nəfər müalicə olunaraq sağalıb, 9 307 nəfər vəfat edib, aktiv xəstə
sayı 20 952 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 10 506, ötən müddət ərzində isə ümumilikdə 6 511 864
test aparılıb.