Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 1 052 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 287 144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib, aktiv xəstə sayı 31 440 nəfərdir.
Ölkədə son sutka ərzində 7 687, hazırkı dövrədək isə 3 026 132 test aparılıb.