Xəbər - İlhamə İsabalayeva – Trend:
Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də təsadüf edib. Bununla da ölkə ərazisində yaz fəsli başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AzerTimes-a bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində astronomik yaz fəsli başlayır.