Azərbaycanın bu yanaşmasını – dinc erməni əhalisi ilə birbaşa danışıqların başlanğıcı və Bakının güclü addımı hesab edirəm. Azərbaycan davamlı diplomatiyasını və sülh arzusunu nümayiş etdirir. Azərbaycan hakimiyyətinin Bakıda görüşü təşkil etməsi isə əlamətdardır.
AzerTimes xəbər verir ki, bunu Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov deyib.
“Bakı mütəmadi olaraq Azərbaycan vətəndaşı olmağa hazır olduqlarını bildirən ermənilərin həyatını yaxşılaşdırmağa, onlara ölkənin digər vətəndaşları ilə bərabər bütün hüquqlarla təmin etməyə hazır olduğunu nümayiş etdirir. Bildiyiniz kimi, son vaxtlar bir çox sadə erməni azərbaycanlılara məktub yazır. Azərbaycana üz tutan insanlar, görünür, başa düşürlər ki, Ermənistan hakimiyyətinin onlara ehtiyac yoxdur və onların həyatlarını yaxşılaşdırmayacaqlar. Axı hamıya məlumdur ki, Qarabağ erməniləri Ermənistanda bəyənilmir, sosial şəbəkələrin erməni seqmentinə baxın, görəcəksiniz.
Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın tərkibində Qarabağ ermənilərinin yaşayışının Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtdan, indi yaşadıqlarından daha yaxşı olacağını söylədi. Azərbaycan Prezidenti nəsə deyirsə, sözünü tutur, vədini yerinə yetirir. Burada ikitərəfli hərəkatın olması vacibdir ki, Azərbaycan vətəndaşı olmağa hazır olan erməni icmasının nümayəndələri də dinc həyata hazır olduqlarını göstərsinlər. Düşünürəm ki, Azərbaycan və Ermənistan çoxdan barışa bilərdi. Sadəcə olaraq buna mane olan qüvvələr var”, – Mixaylov bildirib.