Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı baş nazir Əli Əsədov
qərar imzalayıb.
Qərara əsasən 20 may tarixindən hava nəqliyyatı vasitəsilə
aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi
yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın
2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla
icazə verilir:
Bolqarıstan Respublikası;
Butan Krallığı;
Cənubi Afrika Respublikası;
Qvatemala Respublikası;
Laos Xalq Demokratik Respublikası;
Livan Respublikası;
Mavriki Respublikası;
Misir Ərəb Respublikası;
Myanma İttifaqı Respublikası;
Nepal Federativ Demokratik Respublikası;
Paraqvay Respublikası;
Şimali Makedoniya Respublikası;
.Şri-Lanka Demokratik Sosialist Respublikası;
Vyetnam Sosialist Respublikası.”.