Xəbər - Zeyni Cəfərov – Trend:
Rusiyanın “R-Farm” əczaçılıq şirkətinin istehsal etdiyi və Azərbaycana tədarük edilən “Sputnik V” koronavirus vaksini effektivdir və özünü doğruldur.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, bu vaksin insanları koronavirus infeksiyasının xroniki fəsadlarından qoruya bilər.
Nazir əlavə edib ki, Rusiyada 6 min stasionar peyvənd məntəqəsində gün ərzində 850 minədək şəxs vaksinlənir.
(Tərcümə: Orxan Nəbiyev)