Xəbər - Samir Əli – Trend:
Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb.
AzerTimes-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, keçən il Azərbaycanda inzibati məhkəmələrin yaradılmasından 10 il ötüb.
“Bu məhkəmələrin yaradılması bunun bir daha çox düzgün addım olduğunu sübut edir. Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib. Gələcəkdə Azərbaycana gələcək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları hazır olmalıdır ki, bu kimi məsələlər onların qarşısında olacaq,”-deyə Ç. Əsgərov bildirib.