Azərbaycana qarşı olan ekspertə cinayət işi açıldı

Azərbaycana qarşı olan ekspertə cinayət işi açıldı

İranda müxtəlif televizya kanalları, media və konfranslarda Azərbaycan Respublikasına qarşı davamlı qərəzli çıxışları ilə məşhur olan Əli Əkbər Rafeipur barədə cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin “Mizan” saytı məlumat yayıb.

Məlumata görə, o, “yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq”da günahlandırılıb.

Onun xeyriyyə işləri adı altında vətəndaşlardan külli miqdarda vəsait topladığı haqda da məlumatlar var.

Qeyd edək ki, İranda antiazərbaycançı kimi tanınan Əli Əkbər Rafeipur Ermənistanı qorumaq üçün İranın bu ölkəyə ordu göndərməsini təklif etmişdi.

Teqlər: