Azərbaycana qarşı müharibə cinayətləri – Mühüm təklif

Azərbaycana qarşı müharibə cinayətləri – Mühüm təklif

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfrans keçirilib.

AzerTimes xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov, Nizami Səfərov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov və STM-in İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova çıxış edib.

Konfransda millət vəkilləri, ictimai-siyasi şəxslər və media rəhbərləri və nümayəndələri iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc I və II Qarabağ savaşını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılmasının vacib olduğunu bildirib:

“Burada son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar.

Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur”.

Teqlər: