Azərbaycan və Estoniya çətin rəqiblərdir. Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik.
AzerTimes xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsindəki matçları dəyərləndirərkən deyib.
“Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələ biləcəyimizə əminik”, – almaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.