Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycana ov üçün gələn turistlər 3 kateqoriyaya bölünəcək.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib.
O bildirib ki, yaşıl, sarı və qırmızı zonanın yaradılması planlaşdırılır: “İlk qrup yaşıl zonaya şamil ediləcək. Bura ovçuluq lisenziyası alıb, heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sarı zonaya müəyyən qədər qanun pozuntusuna cəhd edən, qırmızı zonaya isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək.
Qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlərin görülməsi planlaşdırılır”, – deyə R.Zamanov bildirib.