Azərbaycana müsbət emosiyalarla gəldim – “Bakı Marafonu-2022”nin qalibi

“Bakı Marafonu-2022”də qadınlar arasında birinci yeri ukraynalı
atlet Valentina Veretskaya tutub.

AzerTimes-ın
məlumatına görə, idmançı marafon üçün üç ay hazırlaşıb:

“Özümü super, əla hiss edirəm, bu gün külək yoxdur, hava
yaxşıdır. İştirak etdiyim üçün çox şadam. Çoxlu dəstək var idi,
ətrafdakı insanlar, xüsusən də biz şəhər ətrafında qaçanda, çılğın
emosiyalar verirdilər. Hətta yaşayış binalarının eyvanlarından da
dəstək var idi – bu, böyük stimuldur. Bakıya müsbət emosiyalarla
gəldim”.

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V
Bakı Marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”də iştirak etmək üçün 15 minə yaxın
iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan
əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar
marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər
sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa,
Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və
digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına
dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il
fərqli marşrutda təşkil edilib.

Marşrutunun uzunluğu 21 kilometr olan “Bakı Marafonu-2022” Dövlət
Bayrağı Meydanında başlayıb və başa çatıb.

Teqlər: